Cümə axşamı, 16 May

"Formula 1"-ə görə məktəblər bağlanacaq?

image

"Formula 1 yarışları uzun müddət Azərbaycanda keçirildiyindən yarış ərazisində olan məktəblərin kifayət qədər təcrübəsi var. Yarış ərəfəsində həmin məktəblərin tədris prosesi adətən məktəb və valideynlərlə müzakirə olunur".

Xəbər verilir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir xatırladıb ki, yarış adətən həftəsonu keçirilir: "Tədris prosesi ilə bağlı dəyişiklik məktəb səviyyəsində verilən qərarla tənzimlənir. Həmin ərazilərdə yerləşən məktəb rəhbərliyi və valideynlər qeyd olunan günlərdə məktəbə gəlməyi uyğun hesab edərlərsə, dərslər davam edir. Əgər bu hal mümkün olmasa, 1 və ya 2 gün digər qeyri-dərs günləri ilə əvəz oluna bilər".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00